Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Gaziantep °C
Profesyonel Emlak

“Azİz” Ermənistanın Azərbaycanla sərhəddə ekoloji təxribatına etiraz edib

“Azİz” Ermənistanın Azərbaycanla sərhəddə ekoloji təxribatına etiraz edib
17.06.2023
A+
A-

“Azİz” Ermənistanın Azərbaycanla sərhəddə ekoloji təxribatına etiraz edib
, 2023

 

 

 

“Azİz” Ermənistanın Azərbaycanla sərhəddə ekoloji təxribatına etiraz edib

 

 

 

 

İsraildə fəaliyyət göstərən Azərbaycan diasporu ölkəmizlə sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

 

 

 

 

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası adından yerli ictimaiyyətə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi dərin narahatlıq hissi doğurur.

 

 

 

 

 

Qeyd edilib ki, bu xoşagəlməz durum Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması deməkdir. Espo Konvensiyasının müddəalarına görə, digər ölkələrə mənfi ekoloji təsir baxımından Ermənistanın öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalı olduğunun zəruriliyinə diqqət cəlb edilib.

 

 

 

 

Ermənistanın daim beynəlxalq hüquq və ekoloji hüquq normalarını kobudcasına pozduğu, Azərbaycanın bir müddət öncə Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar qonşu ölkənin Espo Konvensiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olduğu, iri mədən müəssisələri olan Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi zərər vurduğu kimi faktlar bir daha yada salınıb.

 

 

 

 

 

“Azİz” beynəlxalq ictimaiyyəti regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd əməllər həyata keçirən Ermənistana təzyiq göstərməyə çağırıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/aziz-ermenistanin-azerbaycanla-serhedde-ekoloji-texribatina-etiraz-edib-3115

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.