Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Gaziantep °C
Profesyonel Emlak

Xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikası Parlamentinin sədri ilə görüşünə dair mətbuat məlumatı

Xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikası Parlamentinin sədri ilə görüşünə dair mətbuat məlumatı
12.04.2024
A+
A-

No:155/24, Xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikası Parlamentinin sədri ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

9 aprel 2024-cü il tarixində, Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstan Parlamentinin (Joqorku Keneş) sədri Nurlanbek Şakiyev ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə strateji əməkdaşlıq münasibətləri, əməkdaşlığın gələcək perspektivləri və parlamentlərarası əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin ölkə liderləri arasında mövcud qarşılıqlı etimad və siyasi dialoq nəticəsində daha da möhkəmlənərək “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” ilə təsbitini tapdığını məmnunluqla qeyd edib. Qarşılıqlı səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov görüş zamanı, xüsusilə də parlamentlərarası müstəvidə ölkələrin bir-birinin mövqeyinə qarşılıqlı dəstək göstərməsinin vacibliyini qeyd edib, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində geniş perspektivlərin mövcud olduğunu vurğulayıb.

Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafının önəmi vurğulanıb. Xüsusilə, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub.

Nazir Ceyhun Bayramov, həmçinin həmsöhbətinə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri və Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib.

Joqorku Keneşin sədri Nurlanbek Şakiyev öz növbəsində ölkəsinin Azərbaycanla qədim tarixi bağlara əsaslanan qardaşlıq münasibətlərinə önəm verdiyini və daha öncə qeyd edilən sahələrdə mövcud əməkdaşlığın təkmilləşdirilməsi perspektivlərinin mövcudluğunu qeyd edib. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirdə iştirak məqsədilə ölkəmizə səfərini mənnunkuqla xatırlayan spiker, iki ölkə parlamentləri arasında əməkdaşlığın gündən-günə dərinləşdiyini vurğulayıb.

 

 

 

 

Görüş zamanı həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib.

 

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no15524

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.