Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Gaziantep °C
Profesyonel Emlak

Şimali Kaliforniyadakı icmamız Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı maraqlı layihəyə başlayıb

Şimali Kaliforniyadakı icmamız Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı maraqlı layihəyə başlayıb
11.05.2023
A+
A-

 

 

Şimali Kaliforniyadakı icmamız Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı maraqlı layihəyə başlayıb

, 2023
Şimali Kaliforniyadakı icmamız Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı maraqlı layihəyə başlayıb

 

 

 

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində fəaliyyət göstərən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi (ACSNC) məktəblərdə Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təqdimat mərasimlərinin keçirilməsi məqsədilə “Məktəb sərgisi” layihəsinə start verib.

ACSNC rəhbəri Aynur Ağayeva bildirib ki, hər il yaz aylarında Kaliforniyanın bir çox məktəblərində müxtəlif millətlərin mədəniyyətlərinin tanıdılması və təbliği ilə bağlı tədbirlər keçirilir. “Məktəb sərgisi” layihəsi çərçivəsində ACSNC Silikon Vadisində yaşayan azərbaycanlı ailələrlə tərəfdaşlıq edir. Məktəbli uşaqları olan ailələrə tədbirin keçirilmə qaydalarını əks etdirən plan, milli geyimlər, suvenirlər, kitablar, musiqi kliplərindən ibarət disklər təqdim edilir. Eyni zamanda Azərbaycan mədəniyyətinin yerli əhaliyə hansı şəkildə təqdim edilməsi ilə bağlı azərbaycanlı ailələrə tövsiyələr verilir.

Onun sözlərinə görə, ACSNC artıq bu il “Carlton Elementary School”, “Eaton Elementary School”, “San Miguel Elementary School” və digər yerli məktəblərdə təhsil alan azərbaycanlı məktəblilərin tədbirlərinə dəstək göstərib: “Bu proqram Amerika icmasına, əsasən də uşaqlara Azərbaycanı çox müsbət və yaddaqalan şəkildə tanıtdığı üçün xüsusilə uğurludur. Biz Azərbaycanı Şimali Kaliforniyada təmsil etməkdən və daha güclü mədəniyyət əlaqələri yaratmaqdan qürur duyuruq”.

Aynur Ağayeva maraqlı layihənin həyata keçirilməsi üçün ACSNC-ni milli uşaq geyimləri və suvenirləri ilə təmin edən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/simali-kaliforniyadaki-icmamiz-azerbaycan-medeniyyetinin-tebligi-ile-bagli-maraqli-layiheye-baslayib-2928

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.