Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Gaziantep °C
Profesyonel Emlak

Cənubi Koreyanın İnçeon şəhərində Zəfər Günü qeyd edilib

Cənubi Koreyanın İnçeon şəhərində Zəfər Günü qeyd edilib
16.11.2023
A+
A-

 

 

 

 

Cənubi Koreyanın İnçeon şəhərində Zəfər Günü qeyd edilib

, 2023

Cənubi Koreyanın İnçeon şəhərində Zəfər Günü qeyd edilib

 

 

 

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın Cənubi Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə İnçeon şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti keçirilib.

 

 

 

İnha Universitetində təşkil edilən tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Koreya Respublikasında fəaliyyət göstərən “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində baş tutub. Tədbirdə Inha Universitetinin rəhbərliyi, müəllim və tələbə heyəti, İnçeon şəhərinin ictimai-siyasi dairələrinin təmsilçiləri və Koreyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

 

 

 

 

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov bu il 100 illik yubileyini qeyd etdiyimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsindən, mürəkkəb tarixi və siyasi sınaqlar fonunda ulu öndərin sarsılmaz qətiyyəti və misilsiz xidmətləri ilə ölkəmizi inkişafa doğru aparan liderliyindən bəhs edib. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyi, Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin hüdudlarından kənarda da geniş şəkildə qeyd olunduğu barədə məlumat verib.

 

 

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı 30 il davam edən işğala son qoyduğu, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa edidiyi, 8 noyabr tarixinin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunduğu vurğulanıb.

İnçeonda keçirilən konserti Cənubi Koreya ictimaiyyətinin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olması üçün əlverişli imkan adlandıran səfir Azərbaycan muğamının özəlliyi, Heydər Əliyev Fondu tərəfindən muğamın qlobal səviyyədə təbliği məqsədilə həyata keçirdiyi işlər, Azərbaycandakı muğam məktəbləri və Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti barədə məlumat verib.

 

 

 

İnha Universitetinin qlobal təhsil layihələri üzrə dekanı Kyunqcin Min çıxışında iki ölkə arasında təhsil və mədəniyyət sahəsində uğurlu əməkdaşlıqdan bəhs edib.

 

 

 

Konsertdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın əməkdar artisti Sahib Paşazadənin bədii rəhbərliyi ilə əməkdar artist Toğrul Əsədullayev (kamança), əməkdar artist Kamran Kərimov (nağara), Rüstəm Müslümov (tar) və xanəndə, “Muğam televiziya müsabiqəsi – 2011”in qalibi Səbinə Ərəblidən ibarət olan ansambl tərəfindən Azərbaycanın məşhur muğam musiqisinin nümunələri ifa edilib.

Konsert proqramından sonra qonaqlara rəsmi ziyafət verilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/cenubi-koreyanin-inceon-seherinde-zefer-gunu-qeyd-edilib-3814

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.