Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Gaziantep °C
Profesyonel Emlak

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
10.01.2024
A+
A-

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
2024,
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.

 

 

 

Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

– Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz.

 

 

Sizin Azərbaycana səfər etməyiniz tarixi hadisədir. Bu, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verəcək.

Biz Sizinlə dünən rəsmi ziyafət zamanı bir çox məsələləri ətraflı müzakirə etdik və bizim strateji tərəfdaşlığımızı bir daha təsdiqlədik.

Şadam ki, bizim şəxsi görüşlərimiz müntəzəm xarakter alır. Keçən ay biz Sizinlə Əbu-Dabidə görüşmüşdük.

 

 

 

Fürsətdən istifadə edərək, COP28 Konfransının uğurla keçirilməsi münasibətilə Sizi bir daha təbrik edirəm. COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar verdiyiniz dəstəyə görə bir daha minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, BMT Təhlükəsizlik Şurasındakı mövqeyinizə görə, Azərbaycana verdiyiniz dəstəyə görə Sizə bir daha xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün bir çox önəmli sənədlər imzalanmışdır, bir azdan sonra sənədlərin mübadiləsi mərasimi keçiriləcək. Əminəm ki, bu sənədlər gələcək əməkdaşlığımız üçün çox güclü zəmin yaradacaq.

Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır. Keçən ilin oktyabr ayında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı olmuşdur. Bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olmuşdur. Bu, sadəcə olaraq, birinci addımdır. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Sizin ölkənizin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur.

 

 

Keçən ay Bakıda daha iki önəmli sənəd imzalanmışdır. Onlardan biri – Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradıldı. İkinci önəmli sənəd informasiya-kommunikasiya sektoruna aiddir.

Biz bunu çox yüksək qiymətləndiririk, çünki Sizin ölkəniz Sizin rəhbərliyinizlə çox böyük uğurlara imza atıb, dünyanın ən inkişaf etmiş, ən uğurlu ölkələrindən birinə çevrilib. Bilirəm ki, bir çox ölkələr üçün Sizin uğurlu təcrübəniz bir nümunədir.

Əminəm ki, Sizin səfəriniz bizim strateji tərəfdaşlığımızı möhkəmləndirəcək, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcək. Bir daha xoş gəlmisiniz.

x x x

Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan çıxış edərək dedi:

– Cənab Prezident, Azərbaycana səfər etməkdən çox böyük məmnunluq duyuram, qonaqpərvərliyə və səmimi qəbula görə Sizə minnətdarlığımı bildirirəm. Xüsusən də dünən rəsmi ziyafət zamanı bizim apardığımız danışıqlar və iki ölkə arasında əlaqələrin perspektivinə dair əldə etdiyimiz razılaşmalar sevindiricidir. Cənab Prezident, Sizin dövlətinizə, Sizin xalqınıza uğurlu il arzu edirəm.

Biz iki ölkə arasında bu gün imzalanmış Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu qeyd etmək istəyirik. Bu Anlaşma Memorandumu ilə ölkələrimiz arasındakı əlaqələr strateji əhəmiyyət kəsb edir. Ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində də əlaqələrimizin və əməkdaşlığımızın inkişafı istiqamətində səylərimizi səfərbər edəcəyik.

 

 

İki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və biz müxtəlif sahələrdə daimi tərəqqi və uğurun şahidi oluruq. Biz də Birləşmiş Ərəb Əmirliklərində iki ölkə arasında ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq.

Qeyd etdiyiniz kimi, münasibətlərimizin inkişafı öz başlanğıcındadır. Biz də öz növbəmizdə ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi və yeni körpülərin yaradılması istiqamətində səylərimizi səfərbər edirik.

Cənab Prezident, bu il Azərbaycanın COP29 tədbirinin keçirilməsi ilə bağlı seçilməsi münasibətilə Sizə bir daha təbriklərimi çatdırmaq istəyirəm. Bu da öz növbəsində bütün dünyanın Azərbaycana etimadının bir təzahürüdür və bu münasibətlə Sizə uğurlar arzulayıram. Keçən dəfə Dubayda görüşdüyümüz zaman qeyd etdiyimiz kimi, əlbəttə, Azərbaycan bu kimi mötəbər tədbirlərin keçirilməsinə qadirdir və hazırdır.

Cənab Prezident, qonaqpərvərliyə, səmimi qəbula və xüsusən də dünən iki saatdan artıq keçirdiyimiz gözəl vaxta görə, – həqiqətən bu iki saat ərzində mən bizim görüşümüzdən çox həzz aldım, – Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

 

 

Cənab Prezident, dünən də qeyd etdiyim kimi, Birləşmiş Ərəb Əmirliklərinin bütün təcrübəsi hesab edin ki, Sizin əlinizdədir. Hər bir sahədə biz öz təcrübəmizi Sizinlə bölüşməyə, xüsusən də COP29-un keçirilməsində öz təcrübəmizi Sizinlə paylaşmağa hazırıq.

Bildiyiniz kimi, Birləşmiş Ərəb Əmirliklərinin bir çox sahədə böyük təcrübəsi var. Biz də sizin kimi qardaş ölkələrlə bu təcrübəni paylaşmağa, bölüşməyə hər zaman hazırıq. Amma bəzi məqamlar, bəzi sahələr var ki, o sahələrdə biz də öyrənirik. Çox sağ olun, cənab Prezident.

x x x

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

 

 

x x x

Sonra səfər çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Qeyd edək ki, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu”, “ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi”, “ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi” imzalanıb.

Daha sonra danışıqlar təkbətək görüş əsnasında davam etdirilib.

Böyük ölçüdə video
Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/63011

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.