Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Gaziantep °C
Profesyonel Emlak

Almaniyanın Erlagen şəhərində “Son iclas” bədii-sənədli filmi təqdim edilib

Almaniyanın Erlagen şəhərində “Son iclas” bədii-sənədli filmi təqdim edilib
03.06.2023
A+
A-

 

 

 

Almaniyanın Erlagen şəhərində “Son iclas” bədii-sənədli filmi təqdim edilib
, 2023
Almaniyanın Erlagen şəhərində “Son iclas” bədii-sənədli filmi təqdim edilib

Almaniyanın Bavariya əyalətinin Erlangen şəhərində yerləşən “De Villa” Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə “Son iclas” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.

Tibb üzrə təhsilini bu ölkədə davam etdirən azərbaycanlı ictimai fəal Hüseyn Kamalzadə tərəfindən təşkil edilən tədbirdə şəhər bələdiyyəsinin, Türk Mədəniyyət Mərkəzinin rəhbərliyi, Yəhudi Mədəniyyət Mərkəzinin fəalları, Azərbaycan, Türkiyə, Almaniya, İsrail, Pakistan, Ukrayna, Qazaxstan, Vyetnam, Monteneqro, Litva, Banqladeş, Hindistan icmalarının nümayəndələri və İranda anadan olan etnik azərbaycanlılar iştirak ediblər.

Tədbirin təşkilinə şəhər meriyası və Azərbaycanın Almaniyadakı səfirliyi dəstək göstərib. Qonaqlara 105 il öncə Azərbaycan taixində baş vermiş mühüm və qürurverici hadisə barədə məlumat verilib, ardınca Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib.

Müzakirələr zamanı çıxış edənlər qeyd ediblər ki, belə layihələr iki ölkə arasında əlaqələrin daha da uğurlu inkişafına imkan yaradır, xalqlarası mədəniyyət mübadiləsinin önəmini artırır, Azərbaycan həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.

 

 

Xatırladaq ki, “Son iclas” bədii-sənədli filmi Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. 2018-ci ildə çəkilmiş film Azərbaycan Xalq Cümhuriyyətinin kəşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyanin-erlagen-seherinde-son-iclas-bedii-senedli-filmi-teqdim-edilib-3047

 

 

REKLAM ALANI