Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Gaziantep °C
Profesyonel Emlak

Ali məktəbə daxil olan və birinci sınfə gedən şəhid övladları mükafatlandırılıb

Ali məktəbə daxil olan və birinci sınfə gedən şəhid övladları mükafatlandırılıb
17.09.2023
A+
A-

 

 

 

 

Ali məktəbə daxil olan və birinci sınfə gedən şəhid övladları mükafatlandırılıb

2023

Ali məktəbə daxil olan və birinci sınfə gedən şəhid övladları mükafatlandırılıb

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) bu il ali məktəblərə yüksək balla qəbul olan və birinci sinfə gedən şəhid övladlarını mükafatlandırıb.

 

 

 

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin inzibati binasında baş tutan mükafatların təqdimolunma mərasimində şəhid ailələrinin xanımları və övladları iştirak ediblər.

Tədbiri “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə açıb. O, göstərilən dəstəyə görə ADDF rəhbərliyinə öz təşəkkürünü bildirib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin adından tədbir iştirakçılarını salamlayan ADDF icraçı direktoru Əkrəm Abdullayev övladları bu il ali məktəbə daxil olan və I sinfə gedən şəhid ailələrini təbrik edib. Şəhid ailələrini bütün xalqımızın qürur mənbəyi adlandıran Fond rəhbəri bildirib ki, torpaqlarımızın azadlığı və vətənimizin ərazi bütövlüyü uğrunda fədakarcasına canlarından keçmiş qəhrəmanlarımızın övladları hər zaman diqqət mərkəzindədir. ADDF-nin dəstəyi ilə xaricdə bir çox şəhid övladlarının təhsilini davam etdirdiyi, bəzilərinin isə işlə təmin olunmasına köməklik göstərildiyi nəzərə çatdırılıb.

Tədbir I sinfə gedəcək şəhid övladının atası barədə xatirələrini bölüşməsi ilə davam edib.

Sonra yüksək bal toplamış tələbələrə birdəfəlik vəsaitin köçürüldüyü kartlar və ölkəmizə həsr olunmuş kitablar, I sinif şagirdlərinə isə məktəbli dəstləri təqdim edilib.

 

 

 

 

 

Qeyd edək ki, tədbirdə ali məktəblərə yüksək balla daxil olan şəhid övladları Bakı, Bərdə, Astara, Cəlilabad və Yevlax məktəbliləri olub. Tədbirə gələ bilməyən şəhid ailələrinin I sinfə gedəcək övladlarına məktəbli dəstləri yaşayış ünvanlarında (Bakı, Sumqayıt, Abşeron, Gəncə, Şəmkir, Qazax, Mingəçevir, Tərtər, Lənkəran, Astara, Şirvan) çatdırılıb.

 

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

 

kaynak:https://diaspor.gov.az/az/news-detail/ali-mektebe-daxil-olan-ve-birinci-sinfe-geden-sehid-ovladlari-mukafatlandirilib-3457

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.