Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Gaziantep °C
Profesyonel Emlak

Nazir Ceyhun Bayramovun BMT İnkişaf Proqramının administratoru Axim Ştayner ilə görüşünə dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun BMT İnkişaf Proqramının administratoru Axim Ştayner ilə görüşünə dair mətbuat məlumatı
18.03.2024
A+
A-

No:123/24, Nazir Ceyhun Bayramovun BMT İnkişaf Proqramının administratoru Axim Ştayner ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

 

15 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının administratoru Axim Ştayner ilə görüşüb.

 

Görüşdə BMT İnkişaf Proqramı çərçivəsində əməkdaşlıq gündəliyi, mövcud perspektivlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlığın müsbət nəticələrindən bəhs edərək, mövcud tərəfdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

 

COP29 ilə bağlı hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov ölkəmizin COP29 sədrliyinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində müxtəlif tərəflərlə substantiv danışıqlar prosesini apardığı, eyni zamanda zəruri təşkilati tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

 

Postmünaqişə dövründə ölkəmiz tərəfindən görülən bərpa-quruculuq, habelə sülh səylərindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən ərazilərimizin kütləvi şəkildə minalanmasının, həmçinin bu ölkənin minalanmış ərazilər barədə məlumatları təqdim etməkdən imtina etməsinin vətəndaşlarımızın həyat və sağlamlığına, habelə aparılan bərpa işlərinə təhdid törətdiyini diqqətə çatdırıb. Minaların təmizlənməsi işində beynəlxalq səylərin səfərbər olunmasının zəruriliyi vurğulanıb.

 

Axim Ştayner Azərbaycanın inkişaf sahəsində əldə etdiyi nailiyyətlərin nümunəvi olduğunu qeyd edib. BMT İnkişaf Proqramı tərəfindən mina təhlükəsinə qarşı mübarizəyə, o cümlədən bu istiqamətdə təşəbbüslərin müzakirəsinə əhəmiyyət verildiyi bildirilib.

 

Daha çox karbohidrogen resursları ilə zəngin ölkə kimi tanınan Azərbaycan tərəfindən COP29 -un sədri qismində nümayiş olunan mövqe və yanaşmanın təqdirəlayiq olduğu bildirilib, bu istiqamətdə uğurlu sədrlik fəaliyyəti arzu edilib.

 

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no12324

 

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.