Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Gaziantep °C
Profesyonel Emlak

Avstraliyanın Brizbon şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Avstraliyanın Brizbon şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib
02.06.2023
A+
A-

 

 

 

Avstraliyanın Brizbon şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib
, 2023
Avstraliyanın Brizbon şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Avstraliyanın Brizbon şəhərində 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Kvinslenddə Azərbaycan Milli Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə əyalət parlamentinin, yerli ictimaiyyətin nümayəndələri, özbək, tatar, qırğız icmalarının rəhbərləri və soydaşlarımız iştirak ediblər.

 

 

 

Tədbirdə assosiasiyanın rəhbəri Fuad Aydınbəyzadə, Кvinslend parlamentinin millət vəkili Timoti Nikolls, assosiasiya üzvləri Fuad Əliyev, Məhərrəm Cəfər, Oqtay Vəli, uyğur icmasının təmsilçisi Veli Tursun və digər icmaların fəalları çıxış ediblər. Onlar 105 il öncə Azərbaycan tarixində baş vermiş mühüm və qürurverici hadisə ilə əlaqədar Brizbon şəhərinin və Kvinslend əyalətinin mədəni müxtəlifliyinə töhfələr verən Azərbaycan icmasını təbrik edib, soydaşlarımızın bayram sevincini bölüşüblər.

Sonra Müstəqillik Gününə və “Heydər Əliyev İli” çərçivəsində xalqımızın ümummilli liderinə həsr olunmuş maraqlı təqdimatlar keçirilib. Nəzərə çatdırılıb ki müasir Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi dünyanın müxtəlif ölkələrində təmtəraqla qeyd edilir və dünya azərbaycanlıları böyük öndərin xatirəsini ehtiramla yad edir.

Tədbir hər iki mühüm tarixi hadisəyə həsr olunmuş qısametrajlı filmlərin nümayişi və bədii hissə ilə davam edib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/avstraliyanin-brizbon-seherinde-azerbaycanin-musteqillik-gunu-qeyd-edilib-3049

 

 

REKLAM ALANI