Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Gaziantep °C
Profesyonel Emlak

Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib

Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib
03.08.2024
A+
A-

Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib

, 2024

https://x.com/DiasporaAz/status/1819359859059384467

 

Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib

 

https://x.com/DiasporaAz/status/1819359859059384467

Zəngin tarixi keçmişə, əsrarəngiz təbiətə malik Laçın rayonunda “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də işğal altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diaspor Gənclərinin Yay Düşərgələrinin tarixindən və diasporumuzun Ana vətənlə əlaqələrinin möhkəm olmasından bəhs edən videoçarx nümayiş olunub.

 

https://x.com/DiasporaAz/status/1819359859059384467

Düşərgənin açılış mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış ediblər.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçındakı inkişafla bağlı ümumi məlumat verib, Diaspor Gənclərinin V Yay Düşərgəsinin Laçında keçirilməsini yüksək qiymətləndirib. 60 ölkədən gələn gənclər üçün belə təntənəli bir tədbirin Laçında keçirilməsinin böyük fəxr olduğunu söyləyib.

İştirakçıları salamlayan Komitə sədri belə möhtəşəm bir tədbirin məhz Azərbaycanın gözəl guşələrindən biri Laçında keçirilməsinin önəmindən, torpaqlarımızın işğaldan azad olunmasında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaətindən, sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib. Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı məsələlərin həllində gənclərin rolunu xüsusi vurğulayıb. Düşərgənin əhəmiyyətindən danışan sədr Komitənin həyata keçirdiyi layihələr haqqında məlumat verib. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Buna uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələrin xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, intensivliyinə, onların ana dilini unutmamasına, tarix və mədəniyyətimizin təbliğinə xidmət etdiyini söyləyib. Azərbaycan dövlətinin gənclər siyasətinin harada yaşamasından asılı olmayaraq gənclərimizin inkişafına, vətəndaşlıq borcunu uğurla yerinə yetirməsinə hesablandığını qeyd edib.

 

https://x.com/DiasporaAz/status/1819359859059384467

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva diaspor gənclərinin yay düşərgələrində çox savadlı və vətənpərvər gənclər iştirak etməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov Heydər Əliyev Fondunun gənclərin inkişafına və istedadlarının üzə çıxarılmasına böyük töhfələr verdiyini vurğulayaraq, bu mənada düşərgənin də əhəmiyyətinin çox böyük olduğunu deyib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Diaspor Gənclərinin Yay Düşərgələrinin bir platforma olaraq gənclərin inkişafına çox müsbət təsir göstərdiyini bildirib.

Açılış mərasimi rəsmi hissədən sonra Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında bədii hissə ilə davam edib.

Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə xalça guşəsi yaradılıb. Guşədə bütün bölgələrin xalça nümunələri nümayiş olunub.

Qeyd edək ki, avqustun 1-dən 7-dək davam edəcək Diaspor Gənclərinin V Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşdirilir. Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan V Yay Düşərgəsində 60 ölkədən 115 gənc iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var.

Foto qalereya

 

https://x.com/DiasporaAz/status/1819359859059384467

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/lacinda-gencler-yasil-dunya-namine-diaspor-genclerinin-v-yay-dusergesinin-resmi-acilis-merasimi-kecirilib-4969

 

 

 

https://x.com/DiasporaAz/status/1819359859059384467

, , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.