Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Gaziantep °C
Profesyonel Emlak

Malatyaya göndərilən humanitar yardım ünvanına çatıb

Malatyaya göndərilən humanitar yardım ünvanına çatıb
15.04.2024
A+
A-

Malatyaya göndərilən humanitar yardım ünvanına çatıb
15 aprel, 2024

 

 

 

Malatyaya göndərilən humanitar yardım ünvanına çatıb
Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) göndərdiyi humanitar yardım Türkiyənin zəlzələdən ən çox zərər görmüş bölgələrindən olan Malatyaya çatıb. Göndərilən humanitar yardımın AFAD Vilayət Müdirliyində qarşılanma mərasimi keçirilib.

Yardımın təqdimetmə mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev, Battalqazi kaymakamı Erkan Savar və digər rəsmi şəxslər iştirak ediblər.

Battalqazi kaymakamı Erkan Savar qonaqları salamlayıb və həmişə qardaş Türkiyənin yanında olduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına xüsusi təşəkkürünü bildirib. Bu yardımın Ramazan bayramı ərəfəsində göndərilməsinin önəmini xüsusi vurğulayan kaymakam “Bir millət, iki dövlət” şüarını xatırladıb. Hər iki dövlətin tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstəklərini qəti şəkildə nümayiş etdirdiklərini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, Azərbaycan dövlətinin qardaş Türkiyənin hər zaman yanında olmaqdan məmnundur və bir daha Türkiyənin belə bir fəlakətlə üz-üzə qalmamasını arzu edib. O, qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bütün qurumlar zəlzələnin baş verdiyi saatlardan etibarən qardaş Türkiyəyə yardım əlini uzadıblar. Bu qurumlardan biri də Azərbaycan Diasporuna Dəstək Fondu olub. Valeh Hacıyev bundan öncə də Hataya, Kahramanmaraşa humanitar yardım göndərildiyini diqqətə çatdırıb.

Daha sonra içərisində ərzaq məhsulları olan TIR-dakı 2000 qutu yardım Battalqazi kaymakamı Erkan Savara təhvil verilib.

Mərasim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Türkiyənin zəlzələdən ziyan görmüş bölgələrinə ADDF bu günə kimi aşağıdakı yardımları göstərib:

1. 2023-cü ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərərçəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı;

2. 2023-cü ilin avqust ayında yeni tədris ilinin başlanması səbəbi ilə Hatay və ətraf bölgələrdə 1-ci sinfə gedəcək şagirdlərə dəstək üçün 3000 məktəbli dəstindən ibarət yardım;

 

 

 

 

3. 2023-cü ilin dekabr ayında Kahramanmaraş bölgəsində havaların kəskin soyuq keçməsi nəzərə alınaraq zəruri ehtiyaclardan ibarət humanitar yardım.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/malatyaya-gonderilen-humanitar-yardim-unvanina-catib-4539

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.